Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək

Apr30,2024

Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kupman mayın 1-də Gürcüstana səfərə gələcək.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, iki gün davam edəcək səfər çərçivəsində Gert Yan Kupman hökumət rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcək. Bu görüşlərdə Aİ ilə Gürcüstan arasında əməkdaşlıq əlaqələri, həmçinin namizəd statusu ilə əlaqədar tamamlanmalı olan 9 maddə ilə bağlı müzakirələr aparılacaq.

Gert Yan Kupmanın Aİ tərəfindən maliyyələşdirilmiş bir sıra layihələrin açılışında da iştirak edəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Oxşar Xəbərlər