Avropa koronavirusla mübarizədə çətinlik çəkir

Noy2,2020

Bir çox Avropa hökuməti koronavirus pandemiyasına qarşı mübarizədə çətin vəziyyətlə qarşılaşıb.

QİA.AZ xəbər verir ki, bu barədə ÜST-nin təcili yardım proqramının direktoru Maykl Rayan keçirdiyi brifinqdə məlumat verib.

“Hökumətlər virusa nəzarət etməlidirlər. ÜST Avropada etirazların niyə baş verdiyini başa düşür. Aydındır ki, insanlar yorulurlar və normal həyata qayıtmaq istəyirlər. Bundan əlavə, insanların görülən tədbirləri şübhə altına almaq hüququ var. Bu səbəbdən hökumətlər onları dinləməli, əhali ilə əlaqə saxlamalıdır”, deyə M. Rayan bildirib.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyası Avropada geniş yayılmağa başlayıb. Xüsusəndə Fransa, İspaniya və İtaliyada yeni yoluxma halları kəskin çoxalıb.

Artıq Böyük Britaniyada COVID-19-a yoluxanların sayı 1 milyonu keçib.

Oxşar Xəbərlər