Avropa Liqası: “Qarabağ” səfərdə İsveç klubuna uduzub – YENİLƏNİB

“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

Qia.az xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin VI turunda İsveçdə “Elfsborq”un qonağı olub.

Boras şəhərindəki eyniadlı stadionda gerçəkləşən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 57-ci dəqiqədə Ahmed Qasım vurub.

Qeyd edək ki, aktivində 3 xalı olan “Qarabağ” turnir cədvəlinin 33-cü pilləsində qərarlaşıb. “Elfsborq” isə 7 xalla 24-cüdür. Azərbaycan təmsilçisi növbəti oyununu 2025-cü il yanvarın 23-də Bakıda Rumıniyanın FKSB kollektivinə qarşı keçirəcək.

00:00

UEFA Avropa Liqasının əsas mərhələsində İsveçdə “Elfsborq” və “Qarabağ” komandaları arasında keçirilən VI tur oyunu start götürüb.

Qia.az xəbər verir ki, “Boras Arena”da təşkil olunan görüş Bakı vaxtı ilə saat 00:00-da başlayıb.

Matçı portuqaliyalı baş hakim Antoniu Nobre idarə edir.

Oxşar Xəbərlər