Avropa Liqası: “Zirə” hesabı açıb

UEFA Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gələn “Zirə” və Moldovanın “Şerif” komandaları arasındakı cavab oyununda hesab açılıb.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Mərdəkanda yerləşən “Dalğa Arena”da keçirilən görüşün 5-ci dəqiqəsində Rafael Utziq komandamızı önə keçirib.

Matçı qazaxıstanlı hakim Bulat Sarıyev idarə edir.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk görüş “Zirə”nin 1:0 hesablı üstünlüyü ilə bitib.

Oxşar Xəbərlər