Avropa İttifaqı (Aİ) ölkələrində vətəndaşların 70 faizi tam vaksinlənib.
QİA.AZ-ın məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen öz “Twitter” səhifəsində yazıb.
O bildirib ki, regionda əhalinin bütün yaş qrupları üzrə vaksinasiyası davam edəcək.
Qeyd olunur ki, yayın əvvəlindən Aİ ölkələrində 12 yaşdan yuxarı uşaqların da peyvəndlənməsi start götürüb.