Avropa səhiyyə komissarı “AstraZeneca” peyvəndini effektiv preparat adlandırıb

Apr23,2021

“AstraZeneca” koronavirus əleyhinə peyvəndin faydaları çox nadir olan əks təsirlərinin yarada biləcəyi risklərdən çoxdur, effektiv bir preparatdır.

QİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa səhiyyə komissarı Stella Kiriakidesin Avropa Tibb Agentliyinin bu peyvənd üzrə qiymətləndirməsi üzrə açıqlamasında deyilir.

“Tamamilə aydındır: “AstraZeneca” peyvəndinin COVID-19-un qarşısının alınmasında ümumi faydaları çox nadir və qeyri-adi əks təsir risklərini üstələyir. “AstraZeneca” peyvəndi vaksinasiya portfelimizin vacib bir hissəsidir. O, Avropa Birliyində və bütün dünyada ağır yoluxmalardan və ölüm hallarından qoruyan effektiv bir preparatdır”, – Avropa komissarı Kiriakides belə düşünür.

Oxşar Xəbərlər