ABŞ-da keçirilən prezident seçkisinin nəticəsi Avropa üçün sevindirici hadisədir.
“QİA.AZ” “Die Zeit”a istinadən xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ABŞ-da keçirilən seçkinin nəticəsini şərh edərkən deyib.
Onun sözlərinə görə, seçkinin nəticəsi beynəlxalq təşkilatların zəifləməsi prosesini dayandıracaq, eləcə də “multikulturalizmin eroziyasının (aşınmasının “Report”)” qarşısını alacaq.
“Biz amerikalılarla mübahisələrin bizi ayırmayacağı şəkildə yenidən danışa bilərik. Nəzərə almaq lazımdır ki, biz bütün bunları yaşamışıq”, – Almaniya prezidenti vurğulayıb.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-da keçirilən prezident seçkisinin nəticələrinə görə, Demokratlar Partiyasının nümayəndəsi, 79 yaşlı Cozef Bayden qalib gəlib.