Avropada ən yüksək xal toplayan məşqçilərin ilk beşliyi dərc edilib.
Bu barədə məlumat Türkiyənin “SporX” saytının “X” səhifəsində dərc edilib.
Maraqlıdır ki, Avropanın ən yüksək dəyər verilən futbol mütəxəssisləri sırasında “Qalatasaray” klubunun hazırkı baş məşqçisi Orxan Buruk və “Fənərbağça”nın çalışdırıcısı İsmail Kartal da yer alıblar.
Birinci yerə Fransanın PSV klubunun niderlandlı baş məşqçisi Peter Bos layiq bilinib. O, 2,72 xal toplayıb.İkinci sırada 50 yaşlı Okan Buruk gəlir (2,67 xal). Siyahıda üçüncü yerdə “Bayer 04”ün (Leverkuzen) baş məşqçisi Xabi Alonso (2,66 xal), dördüncü sırada “İnter”in çalışdırıcısı Simone İnzagi (2,65 xal), beşinci sırada isə “Fənərbağça”nın sükanı başında olan İsmail Kartal (2,60) qərarlaşıblar.