Avropanın ən gözəl yolkası haradadır?

Litvanın paytaxtı Vilnüsün mərkəzində hi-tech üslübunda quraşdırılmış qeyri-adi yolka 2020-ci ildə Avropanın ən gözəl Yeni il ağacı seçilib.

QİA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “EvroPulse” məlumat verib.

“European Best Destinations” turizm təşkilatının ekspertləri bu quraşdırılmış ağacın karantin şərtləri altında bayram tədbirləri keçirmək üçün mükəmməl olduğu qənaətinə gəlib.

Yolka ağacı çox hündürdür (24 metr) və onu uzaqdan, təmasdan yayınaraq da izləmək olar. Ağacın üzərində heç bir oyuncaq və ya kiçik bəzək əşyası yoxdur. O, üzərində LED lampalar, güzgülər və ağacların özlərinə zərər verməməklə qonşu meşələrdən toplanan əsl küknar budaqlarından ibarət olan metal bloklardan hazırlanıb.

Mütəxəssislər sonrakı yerlərə Fransanın Strasburq şəhərində və Çexiya paytaxtı Praqa şəhərində olan yolka ağaclarını layiq görüb.

Ümumilikdə reytinqə Avropa şəhərlərində quraşdırılmış 19 yolka ağacı daxildir. Onların arasında canlı ağaclar və qurğular var.

Reytinqi tərtib edənlər əsasən Yeni ilin bu rəmzinin insanlara bayram əhval-ruhiyyəsi gətirməsinə və çətin epidemioloji şəraitdə belə ruhən düşkünlüyə qapılmağa imkan verməməsinə diqqət yönəldib.

Oxşar Xəbərlər