Almaniya, Belçika və Niderlanddan bu ilin əvvəlindən 85 azərbaycanlı deportasiya olunub.
“QİA.AZ“ ın yerli miqrasiya xidmətlərinə istinadən məlumatına görə, bunlardan 65 nəfər Almaniyadan, 15 nəfər Belçikadan, 5 nəfər isə Niderlandan deportasiya olunub. Almaniyadan deport olunanlardan 1 nəfər intihara cəhd edib.
Deport olunanlardan 70 nəfəri Azərbaycan vətəndaşıdır. Qalanları Rusiya, Gürcüstan və Qazaxıstan vətəndaşı olan azərbaycanlılardır.