Avropanın 3 ölkəsindən 85 azərbaycanlı deportasiya olunub

İyl7,2021

Almaniya, Belçika və Niderlanddan bu ilin əvvəlindən 85 azərbaycanlı deportasiya olunub.

QİA.AZ ın yerli miqrasiya xidmətlərinə istinadən məlumatına görə, bunlardan 65 nəfər Almaniyadan, 15 nəfər Belçikadan, 5 nəfər isə Niderlandan deportasiya olunub. Almaniyadan deport olunanlardan 1 nəfər intihara cəhd edib.

Deport olunanlardan 70 nəfəri Azərbaycan vətəndaşıdır. Qalanları Rusiya, Gürcüstan və Qazaxıstan vətəndaşı olan azərbaycanlılardır.

Oxşar Xəbərlər