Avropanın bəzi ölkələri yeraltı yanacağın ixracatına dəstəyi dayandırır

Apr14,2021

Almaniya, Fransa, Böyük Britaniya, Danimarka, Niderland, İsveç və İspaniya yeraltı mənşəli yanacaqla bağlı dövlət ixracat zəmanəti verməyi dayandırmaq öhdəliyi götürüb.

QİA.AZ “İnvesting.com”a istinadən xəbər verir ki, bu barədə Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno le Mair bildirib.

Belə ki, Fransa, Böyük Britaniya və İsveç artıq sözügedən dövlət zəmanətlərini dayandırmaqla bağlı konkret olaraq planlarını açıqladıqları halda, qalan dörd ölkə bunu nə vaxt edəcəklərini hələ qərarlaşdırmayıblar.

“Hər ölkənin sənaye xüsusiyyətlərini, iş yerlərinə təsirini nəzərə almaqla yeraltı yanacağı maliyyələşdirən hər cür ixracat zəmanətlərini dayandırmaq əzmindəyik”, – deyən fransalı nazir OECD ölkələrinin ixracat maliyyəsinin 40 faizini təşkil edən qrupa ABŞ-ın da qoşulacağına ümidvar olduqlarını bildirib.

Sadalanan yeddi ölkə həmçinin iqlim dəyişikliyi baxımdan əlverişli sayılan layihələrə dəstək vermək, ixracat maliyyəsinə dair şəffaf siyasət yürütmək öhdəliyi də götürdükləri diqqətə çatdırılıb.

Oxşar Xəbərlər