Avropanın Keramika Marşrutunun yeni üzvü – Şəkinin təqdimatı keçirilib 

İyn17,2021

18-23 noyabrda Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının üzvləri olan almandilli bələdçilər üçün “Azərbaycanda Alman irsi” mövzusunda təlim təşkil edilib.

“QİA.az” xəbər verir ki, təlim Azərbaycan Turizm Bürosu və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin maliyyələşdirdiyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən “Cənubi Qafqazda özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” proqramı ilə əməkdaşlıq çərçivəsində baş tutub.

Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan təlim Berlinin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, tanınmış professor Eva-Maria Auch tərəfindən Göygöl və Şəmkir rayonlarında həyata keçirilib.

Təlim ərzində iştirakçılara Azərbaycan ərazisində yaranan ilk alman şəhərciklərinin tarixi, almanların Azərbaycan əhalisi ilə qurduqları əlaqələr, almanların əsas məşğulliyyətləri, inşa etdiyi binalar, yaşayış məntəqələri, onların sonradan Azərbaycan ərazisindən köçmə səbəbləri, habelə ilk almanların Azərbaycanın iqtisadi və mədəni tarixində qoyduğu izlər barədə ətraflı məlumat verilib.

Oxşar Xəbərlər