“Avroviziya-2021” mahnı müsabiqəsinin ikinci yarımfinalı başladı

May20,2021

Niderlandın Rotterdam şəhərində “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib.

QİA.AZ-ın məlumatına görə, müsabiqənin ikinci yarımfinalında Estoniya, Çexiya, San-Marino, Avstriya, Yunanıstan, İslandiya, Polşa, Moldova, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə və Danimarka çıxış edir.

Qeyd edək ki, “Avroviziya” mahnı müsabiqəsi 2020-ci ildə pandemiya ilə əlaqədar təxirə salınıb.

Bu il müsabiqədə Azərbaycanı təmsil edən Samirə Əfəndi birinci yarımfinalda “Mata Hari” mahnısını ifa edib. Mahnını niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birs bəstələyiblərr. Səsvermənin nəticələrinə əsasən Samirə Əfəndi finala vəsiqə qazanıb.

Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edib.

Müsabiqənin final yarışması mayın 22-də keçiriləcək. Final mərhələsində həmçinin, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukrayna iştirakçıları çıxış edəcək.

Oxşar Xəbərlər