Avstraliya millisinin idmançısı Olimpiya Oyunlarında çıxış üçün barmağını fəda edib

Avstraliyalı otüstü hokkeyçi Mett Douson Paris Yay Olimpiya Oyunlarına yollanmaq üçün barmağını amputasiya etdirib.

QİA.az xəbər verir ki, adsız barmağını sındıran idmançının olimpiadanı buraxmaq təhlükəsi yaranıb.

Lakin o, barmağını gipsə salmaq əvəzinə zədəli barmağının yuxarı hissəsini amputasiya etdirib.

“Cərrahla görüşmək qərarına gəldim. Təkcə olimpiadada iştirak xətrinə deyil, həm də gələcək həyat naminə. Ən yaxşı seçim barmağın yuxarı hissəsini kəsmək idi”, – deyə Douson bildirib.

Qeyd edək ki, Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Oxşar Xəbərlər