Avstraliyanın ən iri birjası “Mastercard” kriptovalyuta kartı buraxıb

Avq5,2021

Avstraliyanın ən iri rəqəmsal aktivlər birjası “CoinJar” ölkədə ilk dəfə olaraq “Mastercard”ın dəstəklədiyi kriptovalyuta ödəniş kartı buraxıb.

Yeni məhsul kriptovalyutanı ödəniş şəbəkəsi ilə işləyən bütün ticarət nöqtələrində xərcləməyə, bankomatda nağdlaşdırmağa imkan verir.

Kart fiziki və rəqəmsal formada əldə oluna bilər. O, 30-a yaxın rəqəmsal aktivi dəstəkləyir. Tranzaksiya həyata keçirilən zaman virtual valyuta dərhal avstraliya dollarına konvertsiya olunur.

Oxşar Xəbərlər