Avstriyada koronavirusun Braziliyada aşkarlanan ştammına ilk yoluxma halı qeydə alınıb.
QİA.AZ-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Salzburq federal torpağının hökumətindən bildiriblər.
Məlumata əsasən, yoluxma halı Salzburq şəhərində aşkarlanıb: “Bu günə qədər Salzburq səhiyyə orqanları P.2 virusunun Braziliya variantına bir yoluxma təsdiqləyiblər”.
Bildirilir ki, bu ştamma digər yoluxma halları qeydə alınmayıb.