Avstriyalı futbolçu milli komandaların oyunları tarixində ən sürətli qolu vurub

Futbol üzrə Avstriya yığması yoldaşlıq görüşündə Slovakiya yığmasına 2:0 hesabı ilə qalib gəlib.

QİA.az “Report”a istinadla xəbər verir ki, görüş Bratislavada (Slovakiya) baş tutub.

Qaliblərin qollarını Kristof Baumqartner (1-ci dəqiqə) və Andreas Veymann (83) vurub.

Matçın altıncı saniyəsində Baumqartner fərqlənib. Bu, milli komandaların oyunlarında rekord göstərici olub. Bundan əvvəlki rekord 2013-cü il mayın 29-da Ekvadorla yoldaşlıq oyununda yeddinci saniyədə qol vuran almaniyalı hücumçu Lukas Podolskiyə məxsus idi.

Oxşar Xəbərlər