Pop-kraliça Aygün Kazımova yaya möhtəşəm konsertlə damğa vuracaq.
QİA.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Miro və dünyaca məşhur DJ Devid Vendetta ilə səhnə bölüşəcək.
Azərbaycanın Xalq artisti “Dalğa Fest”in final konsertində çıxış edəcək.
Ölkənin əsas ulduzu hit mahnılarını bu dəfə avqustun 30-da “Dalğa Beach”də sevənləri üçün səsləndirəcək.
Biletləri iticket.az saytından əldə etmək olar.