Aynişan Quliyeva polisə müraciət etdi: “Bezdim mən”

Mar20,2024

İnfluenser Aynişan Quliyevanın adından saxta məlumatlar yayılıb.

O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

İzləyicilərindən biri ona “Aynişan xanım, sizin müsahibənizi oxumuşam. Dedikləriniz həqiqətən düzdür? Mənim kimi adi insanlar da o tətbiqə qoşulub qazana bilər mi?”, – deyə müraciəti edib.

Aynişan bu mesaja “Adımdan yalan məlumatlar yayılır. İnsanları aldadırlar. Bezdim mən”, – cavabını verib.

O, paylaşımına Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesabını (@polisazerbaycan) işarələyərək buna bir çarə tapılmasını xahiş edib.

Oxşar Xəbərlər