Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş – FOTO

Apr17,2024

Bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətlərindən xəstəxanada vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, 2005-ci il təvəllüdlü Ayxan Əliyev Bakı Qida Sənayesi Kollecinin tələbəsi olub.

Hadisə nəticəsində həyatını itirən gəncin fotosunu təqdim edirik:

Oxşar Xəbərlər