Biznes

Azərbaycan bu il Gürcüstanın ikinci əsas oksigen tədarükçüsü olub

Movavi

Bu ilin yanvar-iyul aylarında Azərbaycan və Türkiyə Gürcüstanın əsas oksigen tədarükçüləri olub.

“QİA.AZ” xəbər verir ki, bu barədə ölkənin “BusinessPressNews” nəşri yazıb.

Hesabat dövründə qonşu ölkə Azərbaycandan 50,61 min ABŞ dolları, Türkiyədən isə 233,84 min ABŞ dolları dəyərində oksigen idxal edib. Gürcüstanın Rusiya və İtaliyadan tədarük etdiyi oksigenin dəyəri isə müvafiq olaraq 22,95 min ABŞ dolları və 0,2 min ABŞ dollarına bərabər olub.

İlk 7 ayda Gürcüstan ümumilikdə 307,60 min ABŞ dolları dəyərində oksigen alıb. Bu, illik müqayisədə 18 dəfə çoxdur.

Qeyd edək ki, Gürcüstanda ağır epidemioloji vəziyyət səbəbindən xəstəxanalarda oksigenə tələbat kəskin artıb. Qonşu ölkə oksigen ehtiyatlarını digər ölkələrin hesabına doldurur.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button