Azərbaycan Kuboku layihəsinin finalçıları məlum oldu

Fev 8, 2024

Azərbaycan Gənclər Fondunun dəstəyi, “Xəzər İntellektual Gənclər Klubu”nun təşkilatçılığı ilə Bakı və region gəncləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Azərbaycan Kuboku layihəsinin seçim turları keçirlib.


Seçim turlarında çıxış edən layihə rəhbəri, Azad Manaflı layihə barədə iştirakçılara geniş məlumat verib, belə oyunların gəncliyimiz üçün önəmini qeyd edib.

Layihənin seçim turlarının hər birində Azərbaycanın tarixi, milli-mənəvi dəyərləri, ədəbiyyatı, adət-ənənələri, incəsənəti, onun tarixi şəxsiyyətləri, ərazi bütövlüyü və s. haqqında müxtəlif mövzulu suallar səsləndirilib. Layihənin keçirilməsində əsas məqsəd gənclərin intellektual potensialının artırılması və yetişən gənc nəsili intellektual hərəkata cəlb etməkdən ibarətdir.

70-dən artıq komanda və 300-dən artıq gəncin iştirakı ilə Bakı şəhərində baş tutan 2 seçim turundan sonra Bakı şəhərindən ən çox xal toplamış 11 komanda, region seçimindən isə 1 komanda finala vəsiqə qazandı. Peşəkar İntellekt Liqası və Gənclər İntellekt Liqasının qalibləri, həmçinin Regional Azərbaycan Kubokunda əsas kuboka və kiçik kuboka sahib olmuş 2 komanda final mərhələsinə birbaşa iştirak haqqını əldə etdi.

Layihənin final mərhələsi Bakı şəhərində 16 komandanın iştirakı ilə baş tutacaq.

Oxşar Xəbərlər