Azərbaycan Milli Konservatoriyası yenidən təşkil edilir

Nazirlər Kabineti Azərbaycan Milli Konservatoriyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında qərar verib.

QİA.Az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan Milli Konservatoriyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Milli Konservatoriyasına çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Azərbaycan Milli Konservatoriyasının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.

Oxşar Xəbərlər