Azərbaycan Premyer Liqası: “Səbail” “Turan Tovuz”la heç-heçə edib

Azərbaycan Premyer Liqasında XXVIII turun növbəti oyunu keçirilib.

QİA.Az Oxu.Az-a istinadən xəbər verir ki, “Səbail” “ASCO Arena”da “Turan Tovuz”u qəbul edib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

“Səbail”in heyətində 21-ci dəqiqədə Pedro Nuno hesabı açsa da ilk hissəyə artırılmış dördüncü dəqiqədə “Turan Tovuz”un oyunçusu Fərid Nəbiyev penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.

Aktivində 38 xalı olan “Səbail” Azərbaycan Premyer Liqasında 6-cı, “Turan Tovuz” isə 36 xalla yeddinci yerdədir.

Qeyd edək ki, tura martın 31-də yekun vurulacaq.

Oxşar Xəbərlər