Azərbaycan Premyer Liqası: “Sumqayıt” evdə qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulub.

QİA.Az Oxu.Az-a istinadən xəbər verir ki, günün yeganə oyununda “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 1:0. “Gənclik şəhəri” təmsilçisinin heyətində 7-ci dəqiqədə penaltidən Kasimir Ninqa fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 42-yə çatdıran “Sumqayıt” üçüncü pillədəki “Zirə”yə çatıb. Naxçıvan klubu 32 xalla səkkizincidir.

Qeyd edək ki, bu turda “Neftçi” “Qəbələ”i, (1:0), “Qarabağ” “Kəpəz”i (6:1), “Zirə” “Sabah”ı (1:0) məğlub edib. “Səbail” – “Turan Tovuz” görüşündə qalib müəyyənləşməyib – 1:1.

Oxşar Xəbərlər