Azərbaycan-Yaponiya iqtisadi əlaqələrinin inkişafı müzakirə edilib – FOTO

Apr2,2024

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə ölkəmizin Yaponiya ilə əməkdaşlığın inkişafına önəm verdiyi vurğulanıb.

Qeyd olunub ki, rəqəmsal iqtisadiyyat və dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi, enerji və digər sahələrdə tərəfdaşlığın inkişafı prioritet məsələlərdəndir.

Tərəflər ikitərəfli biznes tərəfdaşlığının əsas istiqamətləri, Azərbaycan və Yaponiya şirkətləri arasında dialoqun gücləndirilməsi, investisiya və vergitutma sahəsində, COP29 çərçivəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Oxşar Xəbərlər