Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 406 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “QİA.az”a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 332, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 074 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 986 969, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 134 376, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 852 593 təşkil edir.
![](https://static.report.az/photo/7e832457-8bac-3280-a8a4-cb61fdba3e4b.jpg)