İqtisadiyyat

Azərbaycanda bu sahədə gəlirlər artıb

Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələrin gəlirləri artıb.

QİA.AZ-ın mlumatına görə, bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 1,6 faiz artaraq 1 milyard 996,1 milyon manat təşkil etmişdir ki, onun da 73,3 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 42,1 faizi və ya 840,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Əlaqəli xəbər

Back to top button