Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Yan 20, 2022

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 784 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 619, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 651, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 514 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 756 566, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 208 739, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 723 586, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 824 241 təşkil edir.

Oxşar Xəbərlər