Azərbaycanda Covid-19-a bugünkü yoluxma statistikası

İyn25,2021
​​​​​​​Azərbaycanda COVID-19-a yoluxma halları üzrə statistika

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 65 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “QİA.az”a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 741 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 959 nəfər müalicə olunaraq sağalıb, 4 967 nəfər vəfat edib, aktiv xəstə sayı 815 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7728, ötən müddət ərzində isə ümumilikdə 3 713 779 test aparılıb.

Oxşar Xəbərlər