İqtisadiyyat

Azərbaycanda manatla geniş pul kütləsi yenidən tarixi maksimuma yüksəlib

Movavi

Bu ilin dekabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 27 mlrd 147,1 mln manat təşkil edib.

QİA.AZ-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, geniş mənada pul kütləsinin həcmi noyabrın 1-nə nisbətən 0,7 % çox, ilin əvvəli ilə müqayisədə 6 % az, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1,5 % artıb.

Manatla geniş mənada pul kütləsinin həcmi dekabrın 1-nə 18 mlrd 613,8 mln manat təşkil edib. Bu, noyabrın 1-nə olan analoji göstəricidən 0,2 % çox, ilin əvvəli ilə müqayisədə 2,1 % çox, keçən ilin analoji dövrü ilə müqayisədə isə 11,7 % çoxdur.

Qeyd edək ki, manatla geniş pul kütləsinin həcmi 18 mlrd 613,8 mln manata çataraq tarixi maksimumunu yeniləyib.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button