Səhiyyə

Azərbaycanda son sutka ərzində COVID-19-a yoluxanların SAYI açıqlanıb

Movavi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 462 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-ın verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 333 956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 324 565 nəfər müalicə olunaraq sağalıb, 4 913 nəfər vəfat edib, aktiv xəstə sayı 4 478 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 815, ötən müddət ərzində isə ümumilikdə 3 513 989 test aparılıb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button