Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı xeyli azaldı

May30,2021
​​​​​​​Azərbaycanda COVID-19-a yoluxma halları üzrə statistika

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 141 yeni yoluxma faktı qeydə alınıb, 486 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “QİA.az”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 333 864 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 323 617 nəfər müalicə olunaraq sağalıb, 4 903 nəfər vəfat edib. 5 203 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 004, bu günə qədər isə ümumilikdə 3 503 639 test icra olunub.

Oxşar Xəbərlər