Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Dek 11, 2023

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

QİA.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il aprelin 2-si saat 06:00-dək uzadılıb.

Bundan öncəki qərarla həmin müddət 2024-cü il yanvarın 2-dək nəzərdə tutulmuşdu.

Oxşar Xəbərlər