Azərbaycanda yoluxma bu rəqəmə çatarsa, karantin sərtləşdirilə bilər – AÇIQLAMA

Mar11,2021 #covid-19 #Karantin #Yoluxma
Polis yoluxma karantin

Azərbaycanda sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 515 yeni yoluxma faktı qeydə alınıb. Bu rəqəmlər son bir həftə ərzində artan templə davam edir.

“QİA.az” bildirir ki, yoluxma sayının getdikcə artması ölkədə karantin tədbirlərinin yenidən sərtləşdiriləcəyi ehtimalını yaradıb.

Milli Məclisin Səhiyyə Komitəsinin sədrinin müavini Rəşad Mahmudov bildirib ki, Azərbaycan karantin qaydalarının sərtləşdirilməsi ilə bağlı Almaniya təcrübəsindən istifadə edə bilər:

“Əvvəllər qorxduğumuz rəqəmlərdən bu gün milli səhiyyə sistemi daha az qorxmağa başlayıb. Bunun bir çox səbəbləri var. Koronavirusla bağlı aparılan mübarizədə yöntəmlər və hazırlıqları misal göstərmək olar.

Almaniya konkret şəkildə vətəndaşlarına, xüsusən də iqtisadi problemləri nəzərə alaraq mexanizm hazırlayıb. Bu mexanimzdə rəqəmlər istifadə olunur. 100 min əhali üzərinə düşən həftəlik xəstə sayı 50-yə qədər və 50-100 arasındadır.

Almaniya qarşısına plan qoyub ki, 10 milyonluq əhali üçün 700-800 sayda xəstələrin sayı təhlükə hal kimi qəbul olunur. Yoluxma sayı gün ərzində 1200-ü keçərsə, həftəlik yoluxma isə 10-12 min olarsa, qapanmalar tam olmasa da, məhdudiyyətlər tətbiq olunur.

700-800-ün altındakı rəqəmlərdə isə cəmiyyətin fərdləri daha çox məsuliyyətə dəvət olunur. Yəni əhalinin marifləndirilməsi işi gedir, tam qapanma və ciddi şəkildə tədbirlər həyata keçirilmir. Bu Almaniya hökumətinin qəbul etdiyi qərarlardır”.

QİA.az

Oxşar Xəbərlər