Azərbaycanlı gimnastlar İtaliyada Avropa çempionatında daha bir medal qazanıblar

Azərbaycanlı idmançılar Ağasif Rəhimov və Raziyə Seyidli İtaliyanın Pezaro şəhərində keçirilmiş akrobatika gimnastikası üzrə Avropa çempionatında daha bir medal qazanıblar.

Onlar qarışıq cütlüklər proqramında temp hərəkətləri üzrə bürünc medala sahib olublar.

Xatırladaq ki, bundan əvvəl Ağasif Rəhimov və Raziyə Seyidli çoxnövçülükdə gümüş medal qazanmışdılar.

Eyni zamanda Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanovadan ibarə qadın qrupu bürünc medal qazanıb.

Akrobatika gimnastikası üzrə Avropa çempionatı Pezaro şəhərində sentyabrın 29-dan oktyabrın 3-dək keçirilib.

Oxşar Xəbərlər