Azərbaycan əczaçılıq məhsulları ixracından qazancını 5 dəfə artırıb

Sen18,2021

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 384,925 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

QİA.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 141,925 milyon ABŞ dolları (58,4 %) çoxdur.

Səkkiz ay ərzində Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri isə 2,464 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 1,977 milyon ABŞ dolları (5,1 dəfə) çoxdur.

Hesabat dövründə əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 5,24 %ni, ixrac isə ümumi ixracın 0,02 %ni təşkil edib.

Oxşar Xəbərlər