Azərbaycan əhalisinin real gəlirlərinin artacağı proqnozlaşdırılır

Azərbaycan iqtisadiyyatının 2021-ci ildə 3.4% böyüyəcəyi proqnozlaşdırılır.

QİA.AZ-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, hazırda bütün dünya ölkələrində aparılan vaksinasiya tədbirləri koronavirus pandemiyasının qarşısının alınacağı proqnozlarını verməkdədir:

“İlkin olaraq iqtisadiyyatın ikinci rübdən etibarən məhdudiyyətlərin aradan götürülməsi ilə sürətli artım mərhələsinə qədəm qoyacağı proqnozlaşdırılır. Azərbaycan iqtisadiyyatının da 2021-ci ildə 3.4% böyüyəcəyi proqnozlaşdırılır. Eyni zamanda, inflyasiyanın 3%, əhalinin real gəlirlərinin artacağı proqnozlaşdırılır.

2021-ci ilin dövlət büdcəsi manat ifadəsində ən böyük büdcədir. Sürətli iqtisadi artımı təmin edəcək özəl sektor üçün stimullaşdırıcı və dəstək verici tədbirlərin gücləndirilməsi bu ildə qeyri-neft sektorunun daha da artmasına gətirib çıxaracaqdır”.

Oxşar Xəbərlər