Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb.
Dövlət Statistika Komitəsindən “QİA.AZ”a verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 49 184 nəfər və yaxud 0,5% artaraq oktyabrın 1-nə 10 116 292 nəfərə çatıb.
Əhalinin ümumi sayının 52,8%-ni şəhər, 47,2%-ni kənd sakinləri, 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil edir.
Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.