Azərbaycan əmtəəlik propilen istehsalını 4%-dək azaldıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 45,2 min ton həcmində propilen, 52,4 min ton həcmində polietilen, 52,7 min ton həcmində etilen istehsal edilib.

QİA.AZ-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, propilen istehsalının 42,1 min tonu əmtəəlik məhsulun payına düşüb.

Hesabat dövründə propilen istehsalı 0,9 % artıb, əmtəəlik propilen istehsalı 3,7 % azalıb.

Bu ilin yanvar-aprel ayları ərzində ölkədə etilen və polietilen istehsalı isə müvafiq olaraq 8,7 % və 8,4 % azalıb.

Oxşar Xəbərlər