Azərbaycan 2022-ci ildə şimal istiqamətində neft ötürülməsini artırmağı planlaşdırır

Avq27,2021

Azərbaycan Rusiyanın əsas neft boru kəmərlərinin operatoru “Transneft” şirkətinə 2022-ci ildə şimal kəməri ilə neft ötürülməsinin bu il üçün planlaşdırılan 1,09 milyon tondan 1,209 milyontonadək artırılması haqqında sorğu göndərib.

“QİA.AZ” xəbər verir ki, bu barədə “Reuters” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyindəki mənbəyə istinadən xəbər verib.

Azərbaycan 1997-ci ilin noyabrından etibarən Bakı-Novorossiysk kəməri ilə neft ixrac edir. Yanvar ayının sonunda “Transneft” və SOCAR 2021-ci ildə bu xəttlə 1 milyon tondan çox neft ixrac edilməsi haqqında müqavilə imzalayıblar.

2021-ci ilin yanvar-iyul aylarında şimal neft kəməri vasitəsilə 583,29 min ton, iyul ayında isə 84,74 min ton göndərilib.

2020-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə 613,29 min ton ixrac edilib.

Oxşar Xəbərlər