Milli səviyyədə COVİD-19 pandemiyasına qarşı mübarizədə bizim səylərimiz əsasən pandemiyanın iqtisadi və sosial sahələrə təsirlərini nəzərə almaqla, əhaliyə qarşı mənfi təsirlərin aradan qaldırılmasına yönəlmişdir.
QİA.AZ xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.
Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə Azərbaycanın sədrlik etdiyi təşkilatların sammit görüşləri may ayında və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının COVİD-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası 3-4 dekabr 2020-ci il tarixlərində keçirilmişdir. Azərbaycan indiyə kimi Ümumdünya Səhiyyə Təşkilatının COVİD-19 Mübarizə Fonduna könüllü maliyyə yardımını (cəmi 10 milyon ABŞ dolları) təmin etmək məqsədilə 2 donor razılaşması imzalamışdır:
“Bu yaxınlarda biz 21 milyon ABŞ dolları məbləğində töhfə ilə COVAX-a (Vaccines Global Access Facility) qoşulmuşuq. Ümid edirik ki, tezliklə təhlükəsiz və effektiv vaksinlər əldə ediləcək və qlobal səviyyədə əlçatan qiymətlərlə paylaşılması üçün ictimai məhsullar kimi nəzərdən keçiriləcəkdir”.