Mayın 16-da elm və təhsil naziri Emin Əmrullayev Qara Dəniz Universitetlər Şəbəkəsinin (BSUN) sədri Marian Predanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan ali təhsil müəssisələri ilə BSUN arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.