Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) arasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində tərəfdaşlıq imkanları müzakirə edilib.
QİA.Az-ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və AQEM-in Baş katibi Kayrat Sarıbay arasında aparılıb.
Görüşdə AQEM-də sədrliyin Azərbaycana keçməsindən məmnunluq ifadə olunub.
Tərəflər Azərbaycanın AQEM-də, o cümlədən AQEM-in İşgüzar Şurasında sədrliyinin prioritetləri, 2024-cü ilin 4-cü rübündə Bişkekdə keçirilməsi planlaşdırılan İşgüzar Şuranın yeddinci plenar sessiyasına və doqquzuncu Biznes Forumuna hazırlıq, bununla yanaşı regional iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparıblar.
Mənbə:Oxu.Az