Azərbaycan bədii gimnastika üzrə Avropa çempionatında daha 1 medal qazandı

Azərbaycan millisi Ukraynanın paytaxtı Kiyevdə davam edən bədii gimnastika üzrə Avropa çempionatında daha bir medal qazanıb.

QİA.AZ-ın məlumatına görə, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinanın təmsil olunduğu qrup finalda 3 halqa və 2 cüt gürz ilə kompozisiya göstəriblər. 30.650 xal toplayan komanda nəticədə Türkiyə və Ukraynadan sonra 3-cü yeri tutaraq bürünc medalın sahibi olub.

Kollektiv 5 topla hərəkətlərdə isə 4-cü yeri tutub.

Qeyd edək ki, ötən gün Azərbaycan qrupu 3 halqa və 2 cüt gürz ilə hərəkətlərdə gümüş medal qazanıb. Həmçinin yığma yeniyetmə və qrup nəticələrinə əsasən 3-cü yeri tutub.

Oxşar Xəbərlər