Basketbol üzrə Azərbaycan çempionatında XVIII turun növbəti oyunu keçirilib.
QİA.az xəbər verir ki, günün yeganə matçında “Gəncə” və “Sumqayıt” komandaları üz-üzə gəliblər.
Gəncə Olimpiya İdman Kompleksində baş tutan görüş meydan sahiblərinin 86:82 hesablı qələbəsi ilə yekunlaşıb.Bu nəticədən sonra xallarını 23-ə çatdıran “sarı-göylər” müntəzəm çempionatı doqquzuncu, “Sumqayıt” isə 24 xalla yeddinci pillədə bitirib.Hər iki komanda daha əvvəldən pley-offa vəsiqə qazanmaq şanslarını itirmişdi.Turun digər oyunlarında “Sabah” “Xəzri”ni 77:65, “Xırdalan” “Sərhədçi”ni 90:84, “Neftçi” isə “Sərhədçi”ni 73:69 hesabı ilə məğlub edib.
Aprelin 28-də oynanılacaq “NTD-İndiqo” – “Şəki” qarşılaşması ilə müntəzəm mövsümə yekun vurulacaq.