Azərbaycan Basketbol Liqası: “Xırdalan” müntəzəm mövsümün son oyununda qalib gəlib

Apr25,2024

Basketbol üzrə Azərbaycan çempionatında XVIII turun növbəti oyunu keçirilib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, günün yeganə oyununda “Xırdalan” və “Cəlilabad” komandaları üz-üzə gəliblər. “Sərhədçi” İdman Mərkəzində baş tutan qarşılaşma birincilərin qələbəsi ilə yekunlaşıb – 90:84.

Bununla da “Xırdalan” müntəzəm mövsümdəki son oyununda qalib gəlib.

Turun açılış matçında ötən gün “Sabah” “Xəzri”ni 77:65 hesabı ilə məğlub edərək müntəzəm mövsümü çempion olaraq başa vurub.

Qeyd edək ki, turun digər görüşləri 26, 27 və 28 apreldə keçiriləcək.

Oxşar Xəbərlər