Azərbaycan Basketbol Liqasında qalib bu gün müəyyənləşə bilər

May24,2024

Bu gün Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşə bilər.

“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, final seriyasının dördüncü matçında “Sabah” klubu “Xəzri”ni məğlub edəcəyi təqdirdə titula sahib çıxacaq.

Komanda ötən mövsümdə də Azərbaycan çempionu olub.

“Sabah” hazırda seriyada 2:1 (70:95, 94:63, 75:59) öndədir.

Qeyd edək ki, klublar üç qələbə qazanana qədər oynayırlar. “Xəzri” hesabı bərabərləşdirsə, beşinci qarşılaşma mayın 28-də reallaşacaq.

Oxşar Xəbərlər