Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub.
Qia.az xəbər verir ki, turun son günündə üç oyun keçirilib. Günə B qrupunda olan komandaların matçları ilə start verilib. “Gəncə” səfərdə “Quba”nı 95:78, “Şəki” isə “Ordu”nu 80:74 hesabı ilə məğlub edib.
A qrupunda isə “Abşeron” “Sərhədçi” ilə qarşılaşıb. Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan görüş meydan sahiblərinin 71:68 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun əvvəl reallaşan oyunlarında “Sumqayıt” “Lənkəran”ı 108:99, “Naxçıvan” NTD-ni 95:77, “Neftçi” isə “Sabah”ı 71:66 hesabı ilə məğlub edib.